Azərbaycanda daha bir məhbus ölümü baş verib.
Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Zaqatala rayon sakini, 1966-cı il təvəllüdlü Nəbiyev Eduard Hikmət oğlu vəfat edib.
APA-nın əldə etdiyi məlumata görə, E. Nəbiyev sonuncu dəfə 2013-cü ildə Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının "Xaşxaş - 2013" şərti adı altında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub.
E. Nəbiyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə olmaqla 7 il 5 ay, törətdiyi digər cinayət hadisələrinə görə ayrı-ayrı vaxtlarda 15 il 7 ay, ümumilikdə isə 26 il məhkumluq həyatı yaşayıb.
Aktual.az
Xəbər 644 dəfə oxunub.