Həbs xəbəri yayılan eks-nazir oğlu ilə bağlı - Açıqlama

Həbs xəbəri yayılan eks-nazir oğlu ilə bağlı -  Açıqlama

Bir sıra kütləvi informasiya vasitələri dünən axşam Vüqar Ələkbərovun həbs edilməsinə dair sensasion informasiya yaymışdılar.

Həmin xəbərlərdə deyilirdi ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri, "İmprotex" şirkətlər qrupunun sahibi Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov "Bandotdel" əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib. Səbəb isə "İmprotex" şirkətinin oliqarxların müflis etdiyi Azərbaycan Beynəlxalq Bankına olan borcudur.

Aktual.az xəbər verir ki, virtualaz.org bu xəbərə aydınlıq gətirmək üçün Vüqar Ələkbərovun özünə müraciət edib.

V.Ələkbərov barəsində yayılan bu informasiyaları qəti şəkildə təkzib edərək bildirdi ki, hazırda ailəsinin yanında, evdədir.

"Məni nəinki həbs etməyiblər, hətta heç yerə, heç bir istintaqa çağırmayıblar. Mən istintaqa cəlb olunmamışam. Bütün deyilənlər yalandır. Nə mənim özümün, nə də "İmprotex"in Beynəlxalq Banka borcumuz var", - deyə V.Ələkbərov bildirdi.

 
Xəbər 814 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR