Rza Rzayevlə bağlı Apelyasiya Məhkəməsinin qərarından şikayət 4 iyunda verilsə də, Apelyasiya Məhkəməsi hələ müraciətimizi Ali Məhkəməyə göndərməyib.
Bu sözləri
Aktual.az-a açıqlamasında tanınmış aktyor və rejissorun vəkili Səlahəddin Cəfərov Rza Rzayevin həbsi haqda danışarkən deyib.
Vəkil bildirib ki, Ali Məhkəməyə şikayət göndərilmədiyi üçün işlə bağlı prosesin vaxtı da bəlli deyil.
Vəkil Rza Rzayevlə dünən görüşdüyünü , aktyorun özünü yaxşı hiss etdiyini, bütün sevənlərinə salamlarını çatdırmağı xahiş etdiyini bildirib.
Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.
Xəbər 614 dəfə oxunub.