Hamza Hamzaoğlu işdən çıxarılmasının səbəbini açıqladı

Hamza Hamzaoğlu işdən çıxarılmasının səbəbini açıqladı
  • İDMAN


"Qalatasaray"ın keçmiş baş məşqçisi Hamza Hamzaoğlu klubdan ayrılmasının səbəbini açıqlayıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, canlı yayımda verilişlərin birinə telefonla qoşulan Hamzaoğlu komandanın hücumçusu Umut Bulutla bağlı açıqlamaya görə istefaya göndərildiyini etiraf edib: "Umutla bağlı verdiyim açıqlamanın yanlış olduğunu dedilər. Mən isə, klub rəhbərliyinə dəstək olmaq üçün Umutla bağlı açıqlama verdiyimi dedim. Lakin razılaşmadılar və artıq qərar verdiklərini bildirdilər. Mənim dediyim sözlə, onların başa düşdüyü üst-üstə düşmədi, Axı mən niyə klub rəhbərliyini aşağılayım? Niyə belə bir şey etməliyəm ki? Bunu etsəm, nə qazanacaqdım ki... Padolski və Melo haqqında isə mənə heç nə deyilməyib. Əslində Melo özü getmək istəyirdi, daha sonra hamısını anladaram".

H.Hamzaoğlu əlavə edib ki, futbolçular özləri ona zəng vuraraq vidalaşıblar.

Xəbər 621 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR