Hakerlər bankdan 100 milyon oğurladılar

Hakerlər bankdan 100 milyon oğurladılar
  • DÜNYA

Rusiya banklarından biri kiberhücum nəticəsində 100 milyon rubl vəsait itirib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, ölkənin mərkəzi bankı olan "Bank Rossii" hücum faktını qeydə aldıqlarını təsdiqləyib. Söhbətin hansı bankdan getdiyi açıqlanmayıb. Mərkəzi banka yaxın mənbə regional banklardan birinin filialının hücuma məruz qaldığını və filialdakı bütün vəsaitin oğurlandığını bildirib.
 
Kiberhücumun bankın istifadə etdiyi avtomatlaşdırılmış bank sistemindəki zəiflikdən qaynaqlandığı xəbər verilir. Hakerlər bankın şəbəkəsinə daxil olaraq avtomatlaşdırılmış sistemi "sındırıblar". Nəticədə sistemdən saxta ünvana iri məbləğdə pul köçürməsi həyata keçirilib. Əgər istintaq faktı təsdiqləsə, bu, avtomatlaşdırılmış bank sisteminə qarşı iri vəsaitin oğurlanması ilə nəticələnən ilk uğurlu hücum faktı olacaq.
 
Aktual.az
Xəbər 459 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR