Bu gün səhər saatlarında Hacıqabul rayonunda Mübariz Mehdiyevin Qəmbərovlar ailəsinin 4 üzvünü öldürüb, birini yaralamasının səbəbi məlum olub.
Publika.az-ın sakinlərdən əldə etdiyi məlumata görə, onlar arasında münaqişə Moskvadan başlayıb.
"Mübariz, eləcə də Qəmbərovlar ailəsinin öldürülən üzvləri Moskvada yaşayır. Onlar hamısı Rusiya vətəndaşlarıdır. Mübarizin bu ailə ilə münaqişəsi qədimdir. Təxminən 10 il əvvəl Nazim Qəmbərov bir nəfəri öldürmüşdü, həmin şəxsin Mübarizin qohumu olduğu deyilir. Nazim buna görə şərti cəza aldı, həmin vaxtdan da Moskvada yaşayır. Mübarizlə Qəmbərovlar arasında münaqişə Moskvada da davam edib. Bu yaxınlarda Qəmbərovlar onu çox pis döyüblərmiş. Bundan sonra da Mübariz ailədən qisas almaq istəyirmiş. Hacıqabula gəldiklərini öyrənib və burada qisasını alıb”.
Sakinlər deyir ki, hadisə səhər saat 5 radələrində olub. Mübariz Mehdiyev onların yaşadığı evə daxil olaraq odlu silahla 4 nəfəri öldürüb, birini yaralayıb.
Qeyd edək ki, Mübarizin əsas münaqişə yaşadığı şəxs Natiq Qəmbərovdur. Ölən şəxslər Almara Qəmbərova Natiqin anası, Nazim Qəmbərov əmisi, Namiq Qəmbərov əmisi oğlu, Gülbağda Qəmbərova əmisinin yoldaşıdır.
M.Mehdiyevin valideynləri vəfat edib. Rayonda yalnız bir qardaşı yaşayır.
Aktual.az
Xəbər 763 dəfə oxunub.