Hacılar Bakıdadırlar FOTO

Hacılar Bakıdadırlar  FOTO

Həcc ziyarətini başa vuran azərbaycanlı zəvvarların ilk qrupunu gətirən təyyarə Bakıya enib.

Qafqaz Müsəlmanları İdarəsindən Ölkə.Az-a bildirilib ki, bu gün saat 21:00-dan sonra daha iki reysin baş tutması gözlənilir.

Qeyd edək ki, ilk təyyarənin bu gün saat 05.00-da Bakıya enməsi nəzərdə tutulsa da, reys təxirə düşüb.

QMİ-dən reyslərin ləngiməsini Ciddə aeroportunda yaşanan izdiham və zəvvarları geri qaytaran Səudiyyə Ərəbistanı aviaşirkətinin zəif təşkilatçılığı ilə əlaqələndiriblər.

Hazırda Ciddə aeroportunda növbəti reysləri gözləyən azərbaycanlı zəvvarlar uzun ləngimələrə etirazlarını bildiriblər.

Zəvvarlar onu da bildiriblər ki, aeroportda gözləyən bir nəfərin səhhətində problem yarandığı üçün həkim məntəqəsinə aparılıb./Apa/

 Ölkə.Az

Xəbər 475 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR