Gürcüstanda narkotik alverində şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb

Gürcüstanda narkotik alverində şübhəli bilinən 7 azərbaycanlı saxlanılıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Tbilisinin Poniçala qəsəbəsi və Qardabani rayonunun Qaracalar kəndində xüsusi əməliyyat həyata keçirilib.

APA-nın yerli bürosu Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, nəticədə narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanılıb.

Saxlanılan şəxslərin evlərində aparılmış axtarış zamanı 18 bağlama heroin, 2 tapança, 1 ov tüfəngi, müxtəlif narkotik vasitələr, 10 010 lari, 26 200 dollar və 65 000 rus rublu müsadirə olunub.

Saxlanılan şəxsləri 8 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.


Aktual.az
Xəbər 66 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR