Gürcüstanda işsizlik səviyyəsi artıb

Gürcüstanda işsizlik səviyyəsi artıb
  • DÜNYA

Gürcüstanda bu ilin III rübündə işsizlik səviyyəsi 12,2% təşkil edib.

Aktual.az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb.
Qonşu ölkədə işsizlik göstəricisi rüblük müqayisədə 0,1% artıb.
Gürcüstanda iqtisadi fəallıq səviyyəsi 64,3% təşkil edib. İşsizlik səviyyəsi kişilər arasında 13%, qadınlar arasında isə 11,3 % olub.

Şəhər yerlərində bu göstərici 18,3%, kəndlərdə isə 6%-ə bərabər olub.
İşsizlik səviyyəsinin artması mövsümi faktorlarla, təhsil sektorunda çalışanların sayının azalması və dayələr arasında işlə təminatın aşağı olması ilə əlaqələndirilir.
Gürcüstanda cari ilin birinci rübündə işsizlik səviyyəsi 14% təşkil edib. Buna müvafiq olaraq, II və III rüblərdə işsizlik səviyyəsi azalma tendensiyası nümayiş etdirib.
 
Aktual.az
Xəbər 321 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR