Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı bəyanata görə, Avropaya qısamüddətli vizasız gediş 20 gün sonra, 28 mart tarixindən qüvvəyə minəcək.
AzNews.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi yaydığı bəyanatda artıq bu gün Avropa İttifaqının rəsmi jurnalında nizamlanmaların qeyd olunduğu bildirilir:
"Nizamlanmalar 20 gün sonra qüvvəyə minəcək. Bundan sonra Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız qısamüddətli səfərlər edə bilərlər. "
Gürcüstan Xarici İşlər Nazirliyi bütün vətəndaşları "bu vacib qərar"a görə təbrik edib.
Aktual.az
Xəbər 417 dəfə oxunub.