Güclü qar İstanbulu iflic etdi

Güclü qar İstanbulu iflic etdi
  • DÜNYA

İstanbula yağan güclü qar şəhərdə ciddi problemlər yaradıb.

Aktual.az  azvision.az-a istinadən xəbər verir ki, ictimai nəqliyyatın hərəkətində problemlər yaranıb, İstanbul boğazı gəmilərin keçidinə bağlanıb. 

Hava şəraiti ilə əlaqədar Türk Hava Yolları Atatürk və Sabiha Gökçen Hava Limanından edəcəyi 500 reysi ləğv edib. Atatürk Hava Limanına enməsi lazım olan 70 təyyarə reysi isə başqa şəhərdəki hava limanlarına yönəldilib. 

Fırtına və çovğun səbəbindən sərnişin və gəzinti gəmilərinin hərəkəti dayandırılıb. Orta və ümumtəhsil məktəblərində iki gün tətil elan olunub. 
 
Aktual.az 
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR