GUAM-ın baş katibi Azərbaycana gəldi

GUAM-ın baş katibi Azərbaycana gəldi

Əfəndiyev Azərbaycan XİN-də məsləhətləşmələr keçirəcək.

GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycana gəlib.

Aktual.az "Report"a istinadən xəbər verir ki, təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində baş katib Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirəcək.

A.Əfəndiyevin bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla, fevralın 8-də isə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir.

Xatırladaq ki, yanvarın 1-dən azərbaycanlı diplomat A.Əfəndiyev GUAM-ın baş katibi vəzifəsində fəaliyyətə başlayaraq, bu postda Valeri Çeçelaşvilini əvəzləyib.

Azərbaycan GUAM-a bu ilin birinci yarısında sədrlik edəcək.

Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR