Gömrük Komitəsi: Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib

Gömrük Komitəsi: Külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib


İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Ramiz Bəşirova məxsus baqaj Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatıyla yoxlanılarkən monitorda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri görünüb.

Aktual.az Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təkrar yoxlama zamanı R.Bəşirova məxsus iki çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim edilməyən, ümumilikdə - 19 ədəd qolbaq, 15 ədəd boyunbağı, 14 cüt sırğa və 1 ədəd üzük aşkar olunub.

İş üzrə izahatında R.Bəşirov aşkar edilən qızıl-zinət əşyalarının ona məxsus olduğunu və İstanbul şəhərində əldə etdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR