Ögey xalasını öldürən şəxsə hökm oxundu - 20 il həbs - (EKSKLÜZİV FOTO)

Ögey xalasını öldürən şəxsə hökm oxundu - 20 il həbs - (EKSKLÜZİV FOTO)

Bakı Ağır Cinayətlər Məhkəməsində Masallı rayon sakini Ramil Əbilovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il iyulun 22-də axşam saat 22:15-də Sumqayıt şəhərində, 42-ci məhəllə, ev 15 
mənzil 1-də Gülyaz Musayevanın, üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Hadisə yerinə Sumqayıt şəhər polis idarəsi və prokurorluq əməkdaşları cəlb edilib, ekspertin iştirakı ilə müayinə aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ramil Əbilov saxlanılıb. Müəyyn edilib ki, Ramil Əbilov ögey xalası Gülyaz Musayevanın mənzilinə gələrək, ona çoxsaylı bıçaq zərbələri endirib. Sonra onun mənzilindən içərisində 800 manat pul olan pul qabını və bir ədəd kompüter oğurlayıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 










Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR