Gəncə şəhərinin Bişkekdə təqdimatı keçirilib -Foto -Video

Gəncə şəhərinin Bişkekdə təqdimatı keçirilib -Foto -Video

Qırğız Respublikasında Gəncə şəhərinin təqdimatı keçirilib

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI Forumu keçirilib.
Forumda Azərbaycan Respublikasından millət vəkillərindən, elm, mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Forum iştirakçıları Qırğızstanın xalq şairi Çingiz Aytmatovun və 1941-1945-ci il heykəllərinin önünə gül dəstələri qoyublar.
Qırğız Respublikasının "Ala-Arça” Dövlət iqamətgahında MDB-yə üzv ölkələrin yaradıcı ziyalılarının və elm xadimlərinin XI Forumunun rəsmi açılışı olub.
Qırğız Respublikası Baş nazirinin müavini Qulmira Kudayberdiyeva və Rusiya Federasiyası Prezidentinin  beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy açılış nitqləri ilə çıxış ediblər.
Qırğız Respublikası Prezidentinin Aparatının müavini Mira Karıbayeva ölkə Prezidentinin Forum iştirakçılarına ünvanlandığı məktubu oxuyub.
Daha sonra Mixail Şvıdkoy çıxış edərək, bildirib ki, 2016-cı ilin sentyabr ayının 16-da Bişkek şəhərində keçirilən MDB Dövlət Başçılarının Sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı olması ilə bağlı qərar qəbul olunub.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalov göstərilən etimada görə təşəkkürünü bildirib. Mikayıl Zeynalov Gəncədə yaradılmış müasir infrastruktur, milli adət-ənənələrin qorunub saxlanması, eləcə də şəhərdə keçirilən  beynəlxalq tədbirlər haqqında geniş məlumat verib.
Mikayıl Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  "Gəncə çox qədim, gözəl tarixi şəhərdir. İndi şəhər qədim simasını saxlamaqla, yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Biz hamımız – yaşayış yerimizdən asılı olmayaraq, hər bir azərbaycanlı Gəncənin qədim və zəngin şanlı tarixi ilə fəxr edirik”- sözlərini xatırladıb.
Mikayıl Zeynalov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqəti və qayğısının nəticəsi olaraq  Gəncə bu gün Avropanın ən sivil şəhərləri ilə müqayisə olunacaq səviyyədədir.
Daha sonra Gəncənin tarixi, mədəniyyəti, inkişafı və şəhərdə keçirilən beynəlxalq tədbirlərdən bəhs edən film forum iştirakçılarının diqqətinə təqdim olunub.
Sonda Gəncə Dövlət Filarmoniyasının muğam ifaçıları konsert proqramı ilə çıxış ediblər. 
 
 
 
 
 
 

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR