Gənc yaşlarında ata olanların ölüm riski daha çoxdur - Araşdırma

Gənc yaşlarında ata olanların ölüm riski daha çoxdur -   Araşdırma
  • TABLO2

Buna səbəb gənc yaşlarında ata olmaq və meydana çıxan çətinliklərin həll olunmasında problemlərin yaşanması göstərilir

Gənc yaşlarında ata olanların ölüm riski daha çoxdur. Finlandiyalı alimlər gənc yaşlarında ata olan kişilərin daha çox stress yaşadığını bildiriblər.

Alimlərin 20 il ərzində apardığı araşdırmada 30 mindən çox kişi iştirak edib. Sınaq zamanı əsas iştirakçıların sağlamlığı, ali təhsilli olmağı nəzərə alınıb. Tədqiqat nəticəsində 22-24 yaşında ilk uşağı dünyaya gələn ataların ölüm riskinin 14 faiz çox olduğu müəyyənləşib.

Eyni zamanda, araşdırmaya əsasən, 30-44 yaşlarında ilk dəfə atalıq hissini yaşayanların ölüm riski orta yaşda, 25 yaşında birinci uşağını qucağına alan atalarda isə ölüm riski 25 faizdir. Lakin ən çox ölüm riski 22 yaşında ata olanlarda qeydə alınıb. Belə ki, həmin təbəqənin 26 faizində ölüm riski daha çox olur.

Elm adamları orta yaşda ölüm riskinin artmasına gənc yaşlarında ata olmağın və meydana çıxan çətinliklərin həll olunmasında problemlərin yaşanmasını göstərirlər.

 
Xəbər 1146 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR