Gələn ay neftin taleyinə aydınlıq gələcək

Gələn ay neftin taleyinə aydınlıq gələcək

Venesuela, Rusiya, Səudiyyə Ərəbistanı və Qətər neft bazarında balansın bərpa olunması strategiyasını müəyyənləşdirmək üçün martda görüşəcək.


Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə Telesur kanalına müsahibəsində Venesuelanın neft naziri Euloxio Pino deyib. O hazırda görüşün yeri və vaxtı barədə danışıqlar getdiyini açıqlayıb:

"Biz bu qiymətlərlə bazara neft çıxara bilmərik. Əgər biz davam etsək, o zaman qiymətlərin aşağı düşməsi və hasilatın dayanması baş verəcək. Bunun qarşısını almaq üçün isə biz birinci addımı atmaq qərarına gəldik".

Ötən gün isə Rusiyanın energetika naziri Aleksandr Novak OPEK və qeyri-OPEK ölkələrinin iclasının martda baş tutacağını və rəsmi Moskvanın da bu görüşə qatılmağa hazır olduğunu bildirib.

Fevralın 16-da Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela və Qətər neft hasilatını 11 yanvar 2016-cı il səviyyəsində saxlamaq barədə razılaşıblar. Venesuelanın neft naziri Euloxio Pino Ekvador, Əlcəzair, Nigeriya, Oman və Küveytin bu qərarı dəstəklədiyini açıqlayıb. İran isə hasilatı dondurub-dondurmayacağını açıqlamadan sazişi dəstəklədiyini bildirib.

Birjalarda neftin qiyməti 2014-cü ilin iyulundan ucuzlaşmağa başlayıb. Ucuzlaşmanın başlıca səbəbi kimi isə hasilatın çoxluğu göstərilir.

Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR