Füzuli rayonunda ölümlə nəticələnən yanğın hadisəsi olub.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Füzuli rayonu, Alxanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m² olan ikimərtəbəli 6 otaqlı evin hər mərtəbəsində bir otağının yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə, dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən boğulmuş vəziyyətdə yanğınsöndürənlər tərəfindən çıxarılıb. Təcili Tibbi Yardım Xidməti hadisə yerinə gələnədək yanğınsöndürənlər tərəfindən xilasetmə cəhtlərinə baxmayaraq 1930-cu il təvəllüdlü Məmmədov Ağaxan Xacıağa oğlu vəfat edib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aktual.az
Xəbər 518 dəfə oxunub.