Füzuli aeroportuna ilk sınaq uçuşu nə vaxt keçiriləcək? (FOTO)

Füzuli aeroportuna ilk sınaq uçuşu nə vaxt keçiriləcək? (FOTO)

"Füzuli aeroportu beynəlxalq hava limanı olacaq və çəkisi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.

"Report” xəbər verir ki, bunu Füzulidə jurnalistlərə açıqlamasında "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndəsi Valeh Əmiraslanov deyib.

"Hava limanı payızda istifadəyə veriləcək. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır. Lakin labaratoriya yoxlanışı sınaq uçuşundan əvvəl - avqustun 25-də həyata keçiriləcək. Aeroport sərnişinləri bu ilin payızından sonra qəbul edə biləcək. Çünki terminal ərazisində işlər tamamlanmalıdır. Lakin uçuş-enmə zolaqları yaxın zamanlarda tam hazır olacaq və sınaq uçuşları yerinə yetiriləcək”, - o qeyd edib.

Xatırladaq ki, Füzuli aeroportunun tikintisinə bu il yanvarın 14-də başlanılıb. İlkin olaraq ərazidə mina təmizləmə işləri aparılıb, paralel olaraq mobilizasiya işləri görülüb. Bu müddət ərzində uçuş enmə zolaqlarının uzunluğu 3 km, eni isə 60 metr olan torpaq yatağı çıxarılıb. Hazırda zolaqda üst lay adlanan hissədə aşınma qatı vurulur. Bunun müəyyən hissəsi tamamlanıb, digər hissələrdə isə alt lay vurulur. Sükan yoluna asfalt vurulması üçün konstruksiya tələblərinə uyğun olaraq işlər tamamlanıb. Yaxın zamanlarda asfalt işlərinə başlanılacaq.

"Sahəsi 6 min kvadrat metr olan perronda gördüyünüz kimi tamamlanma işləri aparılır. Sükan yolunda asfalt işləri bitdikdən sonra işlər paralel olaraq perronda da aparılacaq. Perronda 8 hava gəmisinin dayanaması nəzərdə tutulur. Terminal binasında işlərin 60-70%-i tamamlanmaq üzrədir. Konstruksiyada işlər tam bitib, dam üzlüklə üzlənib. İki ədəd su rezervləri tam tikilib və yoxlanılıb. Hava limanının elektrik enerjisi ilə təmin edilməsi üçün uzunluğu 2,5 km olan hava xətti çəkilib və sahə daxili 10 kVt-lıq daxili kabel çəkilib. Təyyarələrin enməsi üçün naviqasiya avadanlığı quraşdırılıb, eyni zamanda gecə enmə üçün işıq siqnal sistemi quraşdırılır”, - deyə AZAL rəsmisi əlavə edib.
Xəbər 770 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR