Fransada mer qaçqınlara yemək verilməsini qadağan edib

Fransada mer qaçqınlara yemək verilməsini qadağan edib

Fransanın Kale şəhərinin meri Natali Buşar miqrantlara yemək paylanılmasını faktiki olaraq qadağan edib.

AzNews.az "Le Monde” qəzetinə istinadən xəbər verir ki, Buşerin şəhər daxilində insanların kütləvi toplantılarına qadağa qoyulması barədə qərarından belə bir nəticə çıxır.

Buşar Fransanın daxili işlər naziri Bryuno Le Ru Kaleyə səfər etdikdən sonra sözügedən qərarı qəbul edib.

Kor-təbii sürətdə yaradılan "Cəngəlliklər” düşərgəsi 2016-cı ilin noyabrında sökülsə də, yüzlərlə miqrant burada qalmağa davam edir. Onlara yerli humanitar təşkilatlar tərəfindən ərzaq köməkliyi edilir.

"Le Monde” yazır ki, Buşar bu yolla Kaledə yeni kor-təbii düşərgələrin yaradılmasının qarşısını almağa çalışır.
 
Aktual.az
Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR