"Fransa siyasətçilərinin Dağlıq Qarabağa səfərləri artır, “Oranje” bağlanır, mal dövriyyəsi azalır"


Fransa siyasətçilərinin öz dövlətlərinə alçaldıcı münasibətini başa düşmək çox çətindir. Fransa-Qarabağ əlaqələri açıq-aşkar Fransa dövlətçiliyinə və onun indiki prezidentinə hörmətsizlik üzərində qurulub.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, bu münasibəti Fransanın əvvəlki prezidentinə də aid etmək olar: "Çünki Fransa-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Fransua Roşbluan stajlı deputatlardandır. Fransua Roşbluanın Ermənistanla parlament əlaqələrini kurasiya etdiyi dövrdə Fransa-Ermənistan münasibətlərində Fransanın xeyrinə heç nə baş verməyib, əksinə, baş verənlər Fransanın ziyanınadır:

I.Fransa ilə Ermənistan arasında mal dövriyyəsinin illik həcmi 89 milyon avro və ya 100 milyon dollar hüdudlarındadır. Bu rəqəm barədə yeni məlumatlar varsa da, azalma istiqamətindədir. Fransa tarixən ermənilərə yaxın dövlət hesab olunur. 500 minlik erməni icmasının yaşadığı Fransada Ermənistanla mal dövriyyəsinin 100 milyon dollar olması təhqirlidir. 500 min erməninin mal dövriyyəsi üçün hərəsi ildə 1000 dollar töhfə versəydi, indi iki ölkə arasında mal dövriyyəsi ən azı 500 milyon dollar olardı".

Politoloq qeyd edib ki, F.Roşbluan bir qrup deputat və siyasətçi ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərinin sayını artırır, amma iki dövlət arasındakı iqtisadi əlaqələrin rəqəmləri artmır:

II. Fransanın "Oranje" mobil rabitə operatoru səhmlərinin 100%-ni satıb Ermənistanı tərk edir. "Oranje"nin Ermənistanı tərk etməsində siyasi səbəblər iqtisadi səbəbləri üstələyir. Çünki "Oranje" şirkəti hələ ki, iqtisadi itki ilə üzləşməmişdi. Sadəcə, gəlirlərinin artım tempi dayanmışdı. Fransa parlamentariləri və siyasətçilərinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərinin sayının artması siyasi baxımdan əks-effekt yaradır.

III. Fransa prezidenti F.Olandın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair təkliflərinə rəsmi Yerevan ardıcıl surətdə hörmətsizlik nümayiş etdirir. Bəzən bu münasibət Fransa üçün alçaldıcı olur. 2014-cü ildən Fransa prezidentinin regiona səfəri zamanı Gürcüstanın da iştirakı ilə Dağlıq Qarabağ münaqişəsini tənzimləmə təklifini Ermənistan rədd etdi".

Mərkəz rəhbəri deyib ki, sonra oktyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşlərini təşkil etmək təşəbbüsü ilə çıxış etdi: "Ermənistan ABŞ-ın yaxından iştirakı ilə bu təklifi sabotaj etdi. Bəlli geosiyasi dəyişikliklər Paris görüşünün reallaşmasını diktə etdi. Çünki Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktivliyini neytrallaşdırmaq lazım idi. Paris görüşündə Böyük Sülh Sazişinin hazırlanması nəzərdə tutulmuşdu. Ermənistan bu günədək buna imkan verməyib".

M.Əhmədoğlu sonra qeyd edib ki, Paris görüşündə əldə olan razılaşmalardan biri itkin düşənlərin siyahısını dəqiqləşdirilməsi idi: "Ermənistan buna da razılıq vermədi. Xüsusi olaraq qeyd edək ki, Fransa prezidenti F.Olandın komandası Azərbaycan və Ermənistan prezidentlərinin görüşü üçün yaxşı şərait yaradıb, unikal format təşkil etmişdilər. Ermənistan belə böyük zəhməti yerə vurdu".

Politoloq bildirib ki, 2015-ci ilin aprelində F. Oland "erməni soyqırımı"nın yüz illiyində iştirak məqsədi ilə Yerevana gələrkən həm də Dağlıq Qarabağ tənzimlənməsini də müzakirə etmək istəyirdi: "Ermənistan rəhbərliyi buna da imkan vermədi. Qısa müddətdə Ermənistan rəhbərliyi Fransanın prezidentinə 3 dəfə hörmətsizlik nümayiş etdirdi. F.Roşbluanın başçılıq etdiyi deputatlar və siyasətçilər qrupu bir neçə dəfə qoşunların təmas xəttinin erməni tərəfində olublar. Ermənistanın Dağlıq Qarabağın işğalı siyasətinə dəstək veriblər. Roşbluan başda olmaqla Fransa parlamentariləri və siyasətçiləri Fransanın prezidentinə hörmət etmirlərsə Ermənistanın Fransa prezidentinin təkliflərin rədd etməsi təbiidir".

M.Əhmədoğlu sonra əlavə edib ki, Ermənistanın Fransaya alçaldıcı münasibəti uzun müddətdir və ardıcıl surətdə təkrarlanır: "Fransa parlamentariləri və siyasətçiləri bu prosesə kömək edir. Diqqət çəkən məqam orasındadır ki, bütün bunların hamısı Fransanın Ermənistan və Azərbaycandakı səfirliklərinin gözü qabağında, bəlkə də onların iştirakı ilə baş verir. Fransanın bu regiondakı diplomatik nümayəndəlikləri 10 ildən çox təkrarlanan və istiqaməti Fransanın dövlət ləyaqətinin təhqirinə yönəlmiş bu prosesin qabağını almır".

Politoloq qeyd edib ki, taxınlarda Ermənistanda frankofonoyaya dair beynəlxalq tədbir keçirildi: "İştirakçılarının əksəriyyəti Afrika dövlətləri olan tədbirin kuratoru Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir idi. Frankofoniyanın Ermənistan konfransının sənədlərində Dağlıq Qarabağ tənzimləməsi və "erməni soyqırımı" məsələrinə dair erməni versiyası yer almadı. Ola bilər, elə bu səbədən tədbirin yekin sənədləri Ermənistan mətbuatında dərc edilmədi. Qəribə vəziyyət yaranır: Frankofoniya ölkələrinin siyasətçiləri Fransanın xarici siyasət rəsmilərinin göstərişlərinə riayət etdiyi halda, Fransa siyasətçiləri öz ölkələrinin rəsmilərinin göstərişlərini saya salmır".

Xəbər 499 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR