Floridada qasırğa səbəbindən 5,5 milyon çox insanı təxliyə olunmağa çağırıblar

Floridada qasırğa səbəbindən 5,5 milyon çox insanı təxliyə olunmağa çağırıblar
  • DÜNYA

ABŞ-nin Florida ştatının hakimiyyəti "Milton" qasırğasının yaxınlaşması səbəbindən ştatın 5,5 milyondan çox sakininin evlərini tərk etməsini və təxliyə olunmasını tövsiyə edib.
Aktual.az xəbər verir ki, bu barədə "The New York Times” qəzeti məlumat verib.
Nəşr qeyd edib ki, bu təxliyə ştatın tarixində ən böyük evakuasiyalardan biri olub. Hətta keçmişdə qasırğalar səbəbindən evlərini tərk etməməyi üstün tutan bəzi Florida sakinləri də tövsiyəyə qulaq asaraq getməyi qərara alıblar.
Hakimiyyət vətəndaşlardan ən yaxın sığınacaqlara getməyi və əsas təxliyə marşrutlarında avtomobil tıxaclarından qaçmaq üçün ölkənin dərinliklərinə uzağa getməməyi xahiş edib.

Xəbər 110 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR