"Fitch"dən Azərbaycanla bağlı ümidverici PROQNOZ


"Fitch Ratings" beynəlxalq reytinq agentliyi 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) 1,5 faiz səviyyəsində artacağını gözləyir.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Bakıda agentliyin ölkələr üzrə baş direktoru Pol Qembl Azərbaycan üzrə beşinci illik görüşdə deyib.

Onun sözlərinə görə, 2018-ci ildən başlayaraq Azərbaycan ÜDM-nin artım tempi getdikcə yüksələcək və bir neçə il ərzində 4 faizə çatacaq.

P.Qembl bildirib ki, agentliyin proqnozlarına əsasən, bu il Azərbaycanda inflyasiya 11 faiz təşkil edəcək, lakin 2017-ci ildə 7 faizədək azalacaq.

Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR