"Fitch" Azərbaycanın bank sektoru ilə bağlı xəbərdarlıq etdi


2018-ci ildə Azərbaycanda iqtisadi artım sürətlənəcək.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı "Fitch - 2018 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları" adlı hesabatında deyilir.
Buna baxmayaraq, "Fitch" qeyd edir ki, bank sektorunun aktivlərinin keyfiyyətinə olan təzyiqlərin davam etməsi fonunda sektor üzrə proqnoz neqativ olaraq qalır: "2017-ci ildə Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansından toksik aktivlərin çıxarılması ilə bağlı mühüm qərar verib. Lakin digər borcverənlər də restrukturizasiya olunmuş və xarici valyutada olan böyük portfelləri ilə bağlı tədbir görməlidirlər".


Aktual.az 
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR