FİFA ilin ən yaxşılarının adlarını açıqlayır

FİFA ilin ən yaxşılarının adlarını açıqlayır
  • İDMAN

Bu gün FİFA 2018-ci ilin ən yaxşı futbolçusu və məşqçisinin adını açıqlayacaq.

Aktual.az qol.az-a istinadən xəbər verir ki, Londonda keçiriləcək tədbir Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
FİFA-nın ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatına Luka Modriç ("Real", Xorvatiya), Məhəmməd Salah ("Liverpul", Misir) və Kriştiano Ronaldo ("Real"/"Yuventus", Portuqaliya) namizəddir. Ən yaxşı məşqçi adına namizədlər isə Didye Deşam (Fransa millisi), Zinəddin Zidan ("Real"ın sabiq baş məşqçisi) və Zlatko Daliçdir (Xorvatiya millisi).
Tədbirdə ən yaxşı qadın məşqçi, ən yaxşı qapıçı, ən yaxşı qol və ən yaxşı azarkeş aksiyası nominasiyaları üzrə qaliblər də elan olunacaq. Bundan başqa,  FİFA/FiFPro World 11 versiyasına əsasən, ilin rəmzi komandası açıqlanacaq.
Qeyd edək ki, ilin ən yaxşı futbolçusu milli komandaların baş məşqçi və kapitanları, eləcədə jurnalistlərlə azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşdirilir. Ötən il bu mükafata K.Ronaldo layiq görülüb.
Aktual.az
































Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR