“Fəryad- 2”də kimlər rol alacaq?

“Fəryad- 2”də kimlər rol alacaq?

44 günlük Vətən müharibəsinə həsr olunan "Fəryad- 2” bədii filminin çəkilişlərinə start verilib.  

Ekran işinin Hadrutda olan kadrların lentə alınması prosesi artıq başa çatıb. Bunun üçün işğaldan azad olunan ərazidə dekorasiyalar qurulub. Digər çəkilişlər isə Bakıda reallaşır. Filmlə bağlı, həmçinin, Gürcüstandan aktyor heyəti də dəvət olunub, onlar filmdə erməni obrazlarını canlandıracaqlar.

Xalq artisti Vaqif Mustafayevin rejissorluq etdiyi layihəyə cəlb edilən azərbaycanlı aktyorların da adları məlum olub. Əldə etdiyimiz məlumata görə, filmdə Sevinc Əliyeva, Hikmət Rəhimov, Rus Dram Teatrının aktrisası Anaida (Nahidə) Rostovskaya, Taleh Yüzbəyov və digərləri yer alıb. Filmin noyabr ayında-qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqdim olunması gözlənilir.

Xatırladaq ki, ilk "Fəryad” filmi 1993-cü ildə çəkilib. Film Birinci Qarabağ müharibəsinə həsr olunub. Baş qəhrəmanın prototipi var və burada təsvir olunan hadisələr real faktlara əsaslanır. Ekran əsəri Qarabağ müharibəsində döyüşən əsgərlərdən birinin başına gətirilən əhvalatdan bəhs edir.//Qafqazinfo.az
Xəbər 953 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR