Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2” filminin çəkilişlərinə hazırlıq prosesi gedir.
Aktual.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib.
O bildirib ki, Hadrut və Bakıda dekorasiyaları hazırlanan filmin çəkilişlərinə iyulun 15-dən sonra başlanılacaq.
Çəkilişlərin noyabr ayında qələbənin ildönümünə qədər tamamlanması və tamaşaçılara təqdim olunması gözlənilir.
Xəbər 878 dəfə oxunub.