Fernando Alonso "Formula-1"də karyerasını başa vurub

Fernando Alonso
  • İDMAN

"Ferrari" komandasının pilotu Fernando Alonso "Formula-1"-də karyerasını başa vurub.

"Report" xəbər verir ki, "Formula 1” üzrə Abu-Dabi Qran Prisi ispan üçün vida yarışı olub. O, yarışı 11-ci yerdə başa vurub.
Alonso "Formula-1"də 17 mövsüm keçirib. İspaniyalı "Minardi", "Renault", "McLaren" və "Ferrari" komandalarında çıxış edib. O, iki dəfə - 2005 və 2006-cı illərdə dünya çempionu olub.
Fernando Alonso daha əvvəl bildirib ki, gələcəkdə nə ilə məşğul olacağını müəyyənləşdirməyib. 
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR