Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda "Brent” və WTI markalı neftin qiymətləri 4% bahalaşıb.
Aktual.az "Kommersant”a istinadən xəbər verir ki, bunu ticarət platformalarının məlumatları sübut edir.
Londonun ICE birjasında "Brent” markalı dekabr fyuçerslərinin qiyməti 88,99 dollar/barelə çatıb, lakin Bakı vaxtı ilə saat 6:39-da 87,98 dollar (+4,02%) olub. Nyu-Yorkun əmtəə birjasında WTI neftinin qiyməti 86,35 dollar (+4,3%) təşkil edir.
"ANZ Group”un ekspertləri deyirlər ki, bazarlar üçün əsas məsələ münaqişənin indiki ərazilərdə qalacağı və ya digər bölgələrə, xüsusən də Səudiyyə Ərəbistanına yayılacağıdır. ABŞ və İranın münaqişəyə girməsi ilə bağlı narahatlıqlar da artır.
Xəbər 778 dəfə oxunub.