Fazil Məmmədov 3 departamentə rəhbər təyin etdi

Fazil Məmmədov 3 departamentə rəhbər təyin etdi

Vergilər Nazirliyinin Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentinin bazasında yaradılmış yeni departamentlərinə təyinatlar olub

Modern.az-ın məlumatına görə, Habil Məmmədov Xüsusi Gəlirlər Departamentinin, Sərxan Məmmədov isə Bakı şəhər Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktoru təyin edilib.

Bundan başqa, nazirliyin sabiq Aparat rəhbəri Ağasəməd Əfəndiyev Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinə gətirilib.
 
Qeyd edək ki, yeni departamentlər 2016-cı ilin dekabrında nazirlikdə aparılan böyük struktur dəyişikliklərinə uyğun olaraq yaradılıb.
 
Bir sıra idarələr departamentə çevrilib.
 
Dəyişikliklər vergi siyasəti və strateji araşdırmalar, daxili təhlükəsizlik, vergi risklərinin təhlili və nəzarət, eləcə də hüquq idarələrində baş verib.
 
Aktual.az
Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR