İyulun 31-i saat 15:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən
Aktual.az-a verilən məlumata görə, iyulun 31-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.
Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkirdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.
Qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Daşkəsən 20-25 m/s, Goranboy 19 m/s, Naftalanda 16 m/s-dək güclənib.
Xəbər 180 dəfə oxunub.