Günəşli yatağındakı 10-cu özüldə baş vermiş faciə ilə əlaqədar İTV və ANS efir proqramında dəyişiklik edib.
Aktual.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti dünəndən etibarən musiqili və əyləncəli xarakterli verilişlər proqramdan çıxarılıb, proqrama filmlər daxil edilib.
Eyni zamanda ANS Televiziyası, Xəzər dənizinin Günəşli yatağındakı 10-cu özüldə baş vermiş faciə ilə əlaqədar 5 və 6 dekabr tarixləri üzrə proqram şəbəkəsində müvafiq dəyişikliklər edib.
Bunu ANS Müstəqil Yayım və Media Şirkətinin proqramlaşdırma departamentinin rəisi Sevda Həsənova bildirib.
“İlk növbədə Günəşli yatağındakı 10-cu özüldə baş vermiş faciə ilə əlaqədar kədərləndiyimizi bildirir, dünyasını dəyişmiş insanların ailələrinə baş sağlığı verir, yaralanmış əməkdaşlara isə şəfa diləyirik. Sözsüz ki, ANS Televiziyası mövcud vəziyyətdə zəruri və çevik addım atmalıydı. Biz həm bu gün (5 dekabr-red.), həm də sabah yəni dekabrın 6-da proqram şəbəkəmizdə müvafiq dəyişikliklər etmək barədə qərar qəbul etdik."
S. Həsənovanın sözlərinə görə, ilk növbədə musiqili-əyləncəli layihələr efir şəbəkəsindən çıxarılıb, proqram şəbəkəsinə sənədli filmlər daxil edilib.