Çexiya hazırda Ukraynaya “Leopard 2” tankları verə bilmir

Çexiya hazırda Ukraynaya “Leopard 2” tankları verə bilmir
  • DÜNYA

Çexiya Almaniyanın "dairəvi mübadilə” çərçivəsində rəsmi Praqaya təhvil verəcəyini vəd etdiyi "Leopard 2” döyüş tanklarından Ukraynanın xeyrinə imtina etmək niyyətində deyil.
Aktual.az xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala Almaniya Kansleri Olaf Şolts ilə görüşdən sonra DPA agentliyinə müsahibəsində bildirib.
"Hazırda "Leopard”ları Kiyevə göndərmək mümkün deyil, çünki bu tanklar bizim öz təhlükəsizliyimiz üçün lazımdır”, - P.Fiala deyib.
Qeyd edək ki, "dairəvi mübadilə” Şərqi Avropa ölkələrinin arsenallarındakı Sovet texnikalarını Ukraynaya verib, əvəzində Almaniya istehsalı olan texnikalar əldə etməsidir.

Xəbər 181 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR