Əsəd Qazaxıstana getmək istəyir

Əsəd Qazaxıstana getmək istəyir
  • DÜNYA

Suriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan sülh danışıqlarında iştirak etməyə hazırdır

Azvision.az xəbər verir ki, o, görüş zamanı hər bir məsələni müzakirə etməyə hazır olduğunu deyib:

 "Bəli, hazıram. Ancaq mənim mövqeyim bilavasitə konstitusiya ilə bağlıdır. Bu məsələni müzakirə etmək istəyirlərsə, konstitusiyanı müzakirə etməlidirlər".

Əsəd Qazaxıstan danışıqlarında kimlərin iştirak edəcəyi ilə bağlı suala aydınlıq gətirib: "Masada qarşı tərəfdən kimlərin olacağını bilmirik", - deyə əlavə edib.

Dəməşqdə baş verən su böhranına toxunan Əsəd şəhərin əsas su mənbələrinin işğal edildiyini və ordunun vəzifəsinin bunları geri almaq olduğunu deyib.
 
Aktual.az
Xəbər 307 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR