Beynəlxalq Əfv Təşkilatı Suriyada həlak olan insanlarla bağlı hesabat hazırlayıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, hesabat 2011-2015-ci illəri əhatə edir.
Hesabatda qeyd olunur ki, 2011-ci ilin noyabr ayından 2015-ci ilədək olan müddətdə Suriyada yerləşən gizli həbsxanalarda 13 min insan öldürülüb: "Öldürülən insanların əksəriyyəti Suriyada müxalifətə dəstək verən vətəndaşlar olub”.
Hesabatda deyilir ki, hər həftə Suriyanın Saydnaya hərbi həbsxanasında insanların kütləvi şəkildə edamları həyata keçirilir: "Bu cür edamlar Bəşər Əsəd hərbiçiləri tərəfindən edilir. Bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar Əsəd hökumətinə dəfələrlə xəbərdarlıq etsə də, ancaq müraciətlər müsbət nəticə verməyib”.
Aktual.az
Xəbər 770 dəfə oxunub.