Ermənistanda "NATO həftəsi" keçiriləcək

Ermənistanda
  • DÜNYA

Ermənistanda alyansla partnyorluq proqramı çərçivəsində "NATO həftəsi" keçiriləcək.

Aktual.az Ölkə.Az-a istinadən  xəbər verir ki, 14-18 noyabr tarixləri arasında İrəvanda keçirilməsi planlaşdırılan tədbirdə bazar ertəsi günü erməni jurnalistləri Ermənistanın alyansla əməkdaşlığına dair suallara cavab tapa biləcəklər.

Tədbir NATO-nun informasiya mərkəzində keçiriləcək. Eyni gün "Qadınlar silahlı qüvvələrdə" adlı konferans da təşkil ediləcək.

Həftənin ikinci günü Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasına səfər ediləcək. Ölkənin xarici işlər nazirliyinin binasında isə Kosovo və Əfqanıstanda sülhməramlı xidmətdə olan erməni əsgərlərinin ailəsi üçün ənənəvi tele-körpü təşkil ediləcək.

Çərşənbə günü "Kiber təhlükəsizlik potensialının inkişafı" mövzusunda elmi seminar işə başlayacaq.

Cümə axşamı Ermənistanın milli elmlər akademiyasında "Sülh və təhlükəsizlik uğruna elm" başlıqlı informasiya günü keçiriləcək.

18 noyabr tarixində isə NATO təmsilçiləri İrəvan dövlət universitetinin müəllim və tələbə heyəti ilə görüşəcək.

Qeyd edək ki, eyniadlı tədbir İrəvanda keçirilən sayca 10-cu tədbir olacaq.
 
Aktual.az
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR