Ermənistanda daha 150 nəfərdə koronavirus aşkarlanıb.
Aktual.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 46 119-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 920-yə çatıb.
İndiyədək 41 941 pasiyent infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 975 aktiv koronavirus xəstəsi var.(report.az)
Xəbər 359 dəfə oxunub.