Ermənistan Ukraynaya ordu göndərə bilər - Sensasiya

Ermənistan Ukraynaya ordu göndərə bilər - Sensasiya
  • DÜNYA

Rusiyanın təsəvvürləri onların problemidir. Bu sual bizi narahat etməməlidir.
Aktual.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında "Demokratik Platforma” fondunun direktoru Qaregin Miskaryan Ukrayna lideri Vladimir Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda məlumata Rusiyanın reaksiyasını şərh edərkən deyib.
O bildirib ki, xarici əlaqələr baxımından İrəvan mümkün qədər çox ölkə ilə əməkdaşlıq etməlidir:
"Çünki biz bu yaxınlarda başa düşdük ki, Rusiya bizim dostumuz deyil”.
Onun sözlərinə görə, bu gün dünyada iki qütb arasında mübarizə gedir:
"Ermənistanın alternativi yoxdur. Ya biz demokratik dünyaya inteqrasiya olunmuş ölkə olacağıq, ya da bütün nəticələri ilə suveren dövlət olmaqdan çıxacağıq. Hətta ola bilər ki, Ermənistandan Ukrayna ordusuna çağırılsınlar”.
Xəbər 148 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR