Ermənistan ordusuna məxsus dron Laçın rayonu istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

Ermənistan ordusuna məxsus dron Laçın rayonu istiqamətində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib

İyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
Bu barədə Aktual.az-a Müdafiə Nazirliyindən bildirilib.
"İyulun 28-də saat 17:40 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb", – hərbi qurumun məlumatında qeyd olunub.

Xəbər 497 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR