Ermənistan KTMT-nin yardımından imtina etdi

Ermənistan KTMT-nin yardımından imtina etdi
  • DÜNYA

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından ona yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib.
Aktual.az xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Qeyd olunub ki, Belarus KTMT Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib.
Baş katib əlavə edib ki, 2 tədbirin icrası mümkün olmayıb: "Bunlardan biri KTMT Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa, işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.
Xəbər 170 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR