Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi qulluqçusu Araik İqoreviç Sarkisyanın öz əsgər yoldaşı tərəfindən öldürülüb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
İnformasiyaya əsasən, bu il yanvarın 16-da çavuş Araik Sarkisyan öz əsgər yoldaşının avtomat silahdan düzgün istifadə edə bilməməsi səbəbindən qarın boşluğundan ağır yaralanıb. Məlumata görə, o, aldığı yaradan ölüb.
Araik Sarkisyanı öldürən əsgər həbs edilib.
Aktual.az
Xəbər 444 dəfə oxunub.