Ermənistan Azərbaycan ərazisinin işğalını davam etdirir – XIN

Ermənistan Azərbaycan ərazisinin işğalını davam etdirir   – XIN

15 dəqiqəlik müzakirə nəticəsində ABŞ-ın Corcia ştatının nümayəndələr palatasında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin guya tanınması barədə hansısa bir qətnamə qəbul edilib.

Amerika Birləşmiş Ştatlarının qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir. ABŞ tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi tanınır və dəstəklənir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Corcia ştatının nümayəndələr palatasının qondarma Dağlıq Qarabağı tanıması barəsində qəbul etdiyi qətnamə ilə əlaqədar XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan bu kimi cılız və təxribatçı əməllərlə Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələri əsasında danışıqlar yolu ilə həllinə, regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə xələl gətirməyə, Azərbaycan ərazilərinin işğalını davam etdirməyə və mövcud status kvonu saxlamağa çalışır.

Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR