Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz reaktiv odsaçandan atəş tutuldu - FOTO

Ermənilərin növbəti təxribatı: - Mövqelərimiz reaktiv odsaçandan atəş tutuldu - FOTO

Erməni tərəfi növbəti dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində təxribat törədib.

Müdafiə Nazirliyindən Aktual.az-a  verilən məlumata görə, erməni silahlı bölmələri yanvarın 17-də səhər saatlarında Silahlı Qüvvələrimizin bölmələrinin dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərini "Şmel" reaktiv odsaçandan atəşə tutub.
Hərbi qulluqçularımız arasında itki yoxdur.
Müdafiə Nazirliyi bir daha bildirir ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.



Xəbər 1531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR