Ermənilər Kəlbəcərdə müalicə kompleksi tikirlər - “İstisu” bulağı ətrafında

Ermənilər Kəlbəcərdə müalicə kompleksi tikirlər - “İstisu” bulağı ətrafında

Ermənistan müvafiq qurumları Azərbaycanın işğal altındakı Kəlbəcər rayonundakı məşhur "İstisu” bulağı ətrafında yeni müalicəvi istirahət komleksi yaratmağı planlaşdırır.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu haqda erməni geoloq Akop Mkrtçyan bildirib.
Onun sözlərinə görə, "İstisu” mineral bulağı ətrafında istirahət komleksinin salınması üçün yaxşı perspektiv var və Ermənistanın müvafiq qurumları bu haqda düşünür.

Akop Mkrtçyanın sözlərinə görə, perspektivdə əcnəbi turistlərin kütləvi şəkildə bura cəlb olunması mümkündür.

İşğal altındakı Kəlbəcər rayonunun adını dəyişdirərək "Karvaçar” edən işğalçılar 1992-ci ildən bəri orada qarət və talanla məşğuldurlar. Ermənilər uzun müddətdir ərazidəki qızıl yataqlarını, mineral su və ağac ehtiyatını vəhşicəsinə istismar edirlər.

Xatırladaq ki, işğalı altındakı "İstisu" bulağı ətrafında 1928-ci ildə eyni adlı sanatoriyası salınmışdı.

Kəlbəcər İstisu mineral ehtiyatı və "İstisu" sanatoriyası ilə dünyada tanınıb. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu su dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) oxşarıdır və bir çox digər xüsusiyyətlərinə görə dünyada yeganədir.
 
Aktual.az
Xəbər 2742 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR