Erməni silahlı birləşmələri cəbhədə təxribat törətməkdə davam edir.
Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ermənilər son günlər Goranboyun Tapqaraqoyunlu kəndini mütəmadi atəşə tutur. Atəşə məruz qalanlar isə, əsasən, mülki obyektlərdir.
Belə ki, işğalçıların mal-qara otaran çobanları atəşə tutması nəticəsində kənd sakini Behbud Aslanova məxsus 1 baş iribuynuzlu heyvan tələf olub.
Aktual.az
Xəbər 660 dəfə oxunub.