Ərəb turist “Tarqovı”da öldü

Ərəb turist “Tarqovı”da öldü

Bakıda qonaq olan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı qəfil ölüb. 

Aktual.az  xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, Nizami küçəsi 61 ünvanının qarşısında – "Tarqovı” məhəlləsi adlanan yerdə baş verib.

BƏƏ vətəndaşı, 1963-cü il təvəllüdlü Abdulla Xatın İbrahim yeriyərkən qəfil halı pisləşib və yıxılıb. 

Təcili tibbi yardım briqadası gəlincə, o keçinib.

Ölüm faktı ilə bağlı araşdırma aparılır.  A.İbrahimin Bakıya turist kimi gəldiyi bildirilir.

Aktual.az
Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR