Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.
Aktual.azxəbər verir ki, bu barədə Ukrayna Prezidenti "Twitter" hesabında məlumat paylaşıb.
O paylaşımında taxıl müqaviləsinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə türkiyəli həmkarına təşəkkür edib.
"Ukraynalı əsirlərin və siyasi məhbusların qaytarılması üçün gələcək addımları müzakirə etdik. Mən də bu məsələdə Türkiyənin dəstəyinə ümid edirəm”, - deyə Zelenski bildirib.
Xəbər 340 dəfə oxunub.