“Ərdoğana hücum edənlərə sadəcə, ayıb olsun”-Qüdrət Həsənquliyev

“Ərdoğana hücum edənlərə sadəcə, ayıb olsun”-Qüdrət Həsənquliyev

Qüdrət Həsənquliyev: "Xalqımız Ərdoğanı, Çavuşoğlunu və Hulusu Akarı hər zaman hörmətlə anmalı, onların adı Azərbaycanda əbədiləşdirilməlidir”

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.
 
Aktual.az həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, Ərdoğana qarşı Qərbin uşaqlarının bir fitlə hücuma keçməsinə, onun Rusiyaya münasibətdə sərgilədiyi mövqeyə və Bəşər Əsədlə görüşmək istəməsinə görə təhqir edilib alçaldılmasına münasibətinizi bilmək istərdik.

- Ərdoğan 44 günlük savaşda Azərbaycanın yanında dayanmış liderdir. Başqaları bir helikopter verməyəndə o, F-16-ları Azərbaycana göndərmişdi. Ərdoğan Azərbaycanın maraqlarına zidd addım atmadıqca hansısa azərbaycanlının onu tənqid edib aşağılaması əxlaqa və insanlığa zidd hərəkətdir. Xalqımız Ərdoğanı, Çavuşoğlunu və Hulusu Akarı hər zaman hörmətlə anmalı, onların adı Azərbaycanda əbədiləşdirilməlidir. Türkiyə böyük dövlətdir, biz onun daxili və xarici siyasətinə qarışmamalıyıq. Xalqın mandat verdiyi liderlər müəyyən edir ki, dövlətlərinin maraqları nəyi tələb edir. Ərdoğana hücum edənlərə, sadəcə ayıb olsun.
Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR