Ərdoğan Trampı Türkiyəyə dəvət etdi

Ərdoğan Trampı Türkiyəyə dəvət etdi
  • DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı ilk rəsmi səfərini Türkiyəyə etməyə çağırıb.

Aktual.az  Trend-ə istinadən bildirir ki, bunu R.T.Ərdoğan jurnalistlərin ABŞ-Türkiyə münasibətləri ilə bağlı sualını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə ilə Birləşmiş Ştatların münasibətləri strateji xarakter daşıyır.

Xatırladaq ki, bundan əvvəl D.Trampın müşaviri Maykl Flayn Türkiyənin regionda ABŞ-ın mühüm müttəfiqi olduğunu demişdi.
 
 

Aktual.az

Xəbər 306 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR