Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib

Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib
  • DÜNYA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq təşkilatları işlərinin öhdəsindən gələ bilməməkdə ittiham edib.
Aktual.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan "TRT World Forum 2023 - Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında çıxışı zamanı deyib.
"Beynəlxalq təhlükəsizliyə görə məsuliyyət daşıyan beynəlxalq təşkilatlar işlərinin öhdəsindən gələ bilmirlər. Bu gün bu, daha aydın görünür”, - o bildirib.
R.T.Ərdoğan qeyd edib ki, dünya çətin mərhələdən keçir: "Türkiyə dünyada sülhün təmin olunması üçün əlindən gələni edir. Həqiqətən, indi ədalətli sülhə ehtiyac var. Ədalətli sülhün məğlubu olmaz”.

Xəbər 322 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR